Sel suları Bakı-Şamaxı-Yevlax yolunda infrastrukturu və yol qurğularını sıradan çıxardıb
Güclü yağış nəticəsində yaranan sel suları Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hərəkəti məhdudlaşdırıb.
Sel nəticəsində yol örtüyünə və yol qurğularına ziyan dəyib. Ərazidə yerləşən obyektlər su altında qalıb.
Sakinlərin bildirdiklərinə görə, sel xırdabuynuzlu heyvanları da aparıb.
Hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hər iki istiqamətdə hərəkət məhdudlaşıb.
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş