QARABAĞ AZƏRBAYCANDIR!

Şəhidin anası vəfat etdi 136
2023-08-30 13:46 | 0 Rəy

Şəhidin anası vəfat etdi

Vətən müharibəsi şəhidi Elnur Şirinzadənin anası dünyasını dəyişib.

“Gündəmtv.az” xəbər verir ki, şəhidin anası Gültəkin Şirinova yaşadığı Yevlax rayonunda vəfat edib.

Qeyd edək ki, 1998-ci il təvəllüdlü Elnur Şirinzadə Memarlıq və İnşaat Universitetinin tələbəsi olub. O, 2020-ci ildə könüllü olaraq ordu sıralarına qoşulub. 44 günlük Vətən müharibəsi zamanı, oktyabrın 13-də şəhid olub. Yevlax rayonunun Şəhidlər xiyabanında dəfn olunub.

E. Şirinzadə “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş