QARABAĞ AZƏRBAYCANDIR!

Şəhid qızının oğurlanan velosipedinin eynisini bu şirkət hədiyyə edib - AÇIQLAMA 58
2021-05-26 13:58 | 0 Rəy

Şəhid qızının oğurlanan velosipedinin eynisini bu şirkət hədiyyə edib - AÇIQLAMA

Bir müddət öncə sosial şəbəkələrdə şəhid övladının velosipedinin oğurlandığı haqda xəbərlər yayıldı.

Gündəmtv.az xəbər verir ki, Sumqayıt şəhərində baş verən hadisə demək olar ki, hər kəsi kədərləndirdi. Qeyd edək ki, velosipedi oğurlanan, Vətən müharibəsi qəhrəmanı, şəhid Ramil Ağayevin böyük qızı Aysun Ağayeva idi. Bu barədə məlumatlar yayıldıqdan dərhal sonra Sumqayıtda yerləşən “Qayalı Marketlər Şəbəkəsi”nin rəhbərliyi tərəfindən şəhid qızının oğurlanan velosipedinin eynisi alınaraq ona hədiyyə edildi.

Sosial şəbəkələrdə paylaşılan videolarda bu haqda heç bir məlumat yer almasa da, “Qayalı Marketlər Şəbəkəsi”nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, velosiped şəhid qızına adıçəkilən şirkət tərəfindən hədiyyə edilib və bunun bir mənəvi borc olduğu bildirilib.  Məlumat üçün bildirək ki, oğurluğu törədən şəxs hələ tapılmayıb.

Gündəmtv.az

 

Video

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş