QARABAĞ AZƏRBAYCANDIR!

Şəhid olan hərbçilərin - FOTOLARI 89
2023-04-12 09:21 | 0 Rəy

Şəhid olan hərbçilərin - FOTOLARI

Aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.

"Gündəmtv.az"  şəhid olan hərbçilərimizin fotolarını təqdim edir:

Qeyd edək ki, şəhid olan hərbçilərin üçü də gizir olub.

Zalov Vidadi Nizami oğlu

Həsənov Elşad Qabil oğlu

Tağıyev Səbuhi Gündüz oğlu

Allah rəhmət eləsin!

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş