QARABAĞ AZƏRBAYCANDIR!

Şəhid Nihat Qasımov Şəkidə dəfn edildi 86
2022-10-13 09:33 | 0 Rəy

Şəhid Nihat Qasımov Şəkidə dəfn edildi

Azərbaycan ordusunun şəhid olan hərbi qulluqçusu Şəkidə dəfn edilib.

"Gündəmtv.az" xəbər verir ki, Ermənistan tərəfinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi təxribatların qarşısını alarkən şəhid olan əsgər, 2003-cü il təvəllüdlü Nihat Mehman oğlu Qasımovun nəşi doğulub boya-başa çatdığı Kiçik Dəhnə kəndinə gətirilərək ailəsinə təhvil verilib. Şəhid kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidin ruhuna hörmət olaraq fəxri qarovul düzülüb və yaylım atəşi açılıb.

Şəhid dəfn olunduqdan sonra Azərbaycanın bayrağı şəhidin atası Mehman Qasımova təqdim olunub.

Qeyd edək ki, 19 yaşlı Nihat Qasımovun hərbi xidmətini başa vurmağına 17 gün qalmışdı.//Report

 

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş