QARABAĞ AZƏRBAYCANDIR!

Şəhid Abbas Əliyevin anım günü keçirildi - Fotolar 144
2022-10-13 09:33 | 0 Rəy

Şəhid Abbas Əliyevin anım günü keçirildi - Fotolar

Bu gün Şəhid Abbas Salam oğlu Əliyevin şəadətə qovuşduğu gündür.

“Gündəmtv.az”  xəbər verir ki, şəhidin əzizləri, yaxınları və ictimaiyyət nümayəndələri Sabunçu rayonu Ramana qəsəbəsində dəfn olunan şəhidimizi ziyarət ediblər. 
 
Şəhid Abbas Əliyevi bir daha xatırlayaq:

Azərbaycan Ordusunun əsgəri olan Abbas Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abbas Əliyev noyabrın 2-də Xocavənd döyüşləri zamanı şəhid olub. 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abbas Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Abbas Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
 
Qeyd edək ki, Abbas Əliyev tanınmış ictimai xadim Gülər Əhmədovanın əmisi oğludur

Qalareya

Gundemtv.az Gundemtv.az Gundemtv.az

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş