QARABAĞ AZƏRBAYCANDIR!

Sağlamlığını, gəncliyini və arzularını VƏTƏN yolunda qurban verən QAZİ Kamran Qeybəliyev - FOTOLAR 1131
2022-10-13 09:33 | 0 Rəy

Sağlamlığını, gəncliyini və arzularını VƏTƏN yolunda qurban verən QAZİ Kamran Qeybəliyev - FOTOLAR

Qeybəliyev Kamran Bünyat oğlu... Bəlkə də bu ad çoxlarınıza tanış gəlmir. O, QƏHRƏMANDIR! Sözün bütün mənalarında sağlamlığını, gəncliyini, arzularını VƏTƏN yolunda qurban verən bir QƏHRƏMAN. Vətən Müharibəsi QƏHRƏMANI...

Gündəmtv.az xəbər verir ki, Vətən Müharibəsi qazisi Kamran Qeybəliyev 1996-cı il, iyul ayının 21-də gənclər şəhəri Sumqayıtda dünyaya göz açıb. Hələ uşaqlıq və gənclik illərindən qanına hopan torpaq sevgisi, onun Vətən müharibəsinin ilk günündən könülü olaraq cəbhəyə yollanması ilə nəticələnib. Nə qədər igid və cəsur olduğunu isə Kamran müharibədə göstərdiyi qəhrəmanlıqlarla sübuta yetirib. Füzuli və Cəbrayıl istiqamətində düşmənə qan udduran kamranın keçdiyi döyüş yolu Hadruta qədər uzanıb. Elə Xocavənd istiqamətində gedən döyüşlərin birində, oktyabr ayının 25-i düşmənin atdığı mərmi nəticəsində ağır yaralanıb. Aldığı zərbələrdən bir qolu amputasiya edilib, ağır kəllə-beyin travması alıb.

Kamran Qeybəliyev uzun müddətdir Türkiyədə dövlət hesabına müalicə alır. Hazırda səhhətində müsbətə doğru irəliləyişlər müşahidə olunur. Qazimiz döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə, Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Gündəmtv.az

Qalareya

Gundemtv.az Gundemtv.az Gundemtv.az Gundemtv.az

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş