Sabah su çərşənbəsidir
Sabah Azərbaycanda su çərşənbəsi qeyd ediləcək.
Gündəmtv.az xəbər verir ki, bu, Novruz bayramının ilk çərşənbəsidir.
Bu çərşənbəni “Yalançı”, “Əzəl çərşənbə”, “Sular Novruzu” da adlandırırlar. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür. İnanclara görə, Su çərşənbəsi günü “təzə su”dan keçənlər il boyu xəstəlikdən uzaq olarlar.
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş