QARABAĞ AZƏRBAYCANDIR!

Sabah hər kəs evindən bayraq assın 69
2022-10-13 09:33 | 0 Rəy

Sabah hər kəs evindən bayraq assın

Sabah Vətən müharibəsinin başlamasının bir ili tamam olur.

Gundemtv.az xəbər verir ki, 44 gün davam edən müharibədə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən hərbçilərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.

Anım Günü ilə bağlı sabah Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev də xalqa müraciət edəcək.

Artıq bir necə gündür ölkədə Anım Gününə hazırlıqlar gedir. Paytaxtın bəzi küçə və prospektlərində eyvanlardan bayraqlar asılıb.

Bütün vətəndaşlarımızı bu aksiyaya qoşulmağa çağırırıq. Hər kəs Anım Günündə eyvanından bayraq asaraq 44 günlük müharibədə olduğu kimi, döyüşlərinin ildönümündə də həmrəyliyini nümayiş etdirə bilər.

Qeyd edək ki, sabah saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş