QARABAĞ AZƏRBAYCANDIR!

Sabah bu rayonlarda qaz olmayacaq - XƏBƏRDARLIQ 83
2022-10-13 09:33 | 0 Rəy

Sabah bu rayonlarda qaz olmayacaq - XƏBƏRDARLIQ

Sabah, mayın 12-də saat 09:00-dan işlər başa çatanadək Bakı şəhərinin bəzi qəsəbələrinin və Abşeron rayonunun qaz təchizatı dayandırılacaq.

Bu barədə "Gündəmtv.az"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus diametri 720 mm-lik “Hövsan-Digah-Qaradağ” yüksək təzyiqli magistral qaz kəmərinin 5-ci km-dən ayrılan “Novxanı qolu” yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədilə, sabah işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.

Təmir aparılan müddətdə Abşeron rayonu üzrə Novxanı kəndinin, Binəqədi rayonu üzrə Binəqədi kəndinin, Gülüstan yaşayış massivinin və Mədən ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Təmir işlərinin günün 1-ci yarısında yekunlaşdırılaraq qaz təchizatının bərpası planlaşdırılır.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş