QARABAĞ AZƏRBAYCANDIR!

Saakaşvili: “İndi ön cəbhədə gülləkeçirməz jiletdə və avtomatla dayanmalıyam” 46
2022-10-13 09:33 | 0 Rəy

Saakaşvili: “İndi ön cəbhədə gülləkeçirməz jiletdə və avtomatla dayanmalıyam”

“Gürcüstan və Ukraynanın taleyinin həll olunduğu yerdə mən olmalıyam”.

Gündəmtv.az xarici mediaya istinadən xəbər verir ki, bu fikiri Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili bildirib. O deyib ki, daxili siyasi “razborkalar” onu maraqlandırmır, çünki hazırda dünyada daha mühüm hadisələr cərəyan edir:

“Mən sual vermək istəyirəm. Müasir ordunun yaradıcısı həbsxanadan bu böyük döyüşü necə izləyə bilər?. İndi mən gülləkeçirməz jiletdə və pulemyotla cəbhədə dayanmalıyam. Ali Baş Komandanın etibarlı adamı və Ukraynanın sıravi vətəndaşı, Gürcüstanın vətənpərvər insanı kimi mən Gürcüstanın və Ukraynanın taleyinin həll olunduğu yerdə olmalıyam” – Saakaşvili vurğulayıb.

“Biz mütləq qalib gələcəyik!... Bunu ilk dəfə Rusiyanın genişmiqyaslı hücumunu yaşayan və sizinlə birlikdə ölkəmizi xilas edən bir baş komandan kimi deyirəm. Məni Gürcüstanın daxili siyasi parçalanması qətiyyən maraqlandırmır. Belə bir irimiqyaslı hadisə məni tanıdıqları, Rusiya ilə mübarizəmi bildikləri bir yerdə baş verir. Ya azadlıq, ya ölüm!”, - Saakaşvili fikirlərini tamamlayıb.

İlkin Əlyar

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş