QARABAĞ AZƏRBAYCANDIR!

Rusiyanın BQXC-nin göndərdiyi ərzaq maşınının Xankəndinə keçidi gecikir 179
2023-09-10 11:47 | 0 Rəy

Rusiyanın BQXC-nin göndərdiyi ərzaq maşınının Xankəndinə keçidi gecikir

Rusiyanın Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin (BQXC) Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniəsilli şəxslər üçün göndərdiyi ərzaq dolu yük maşınının Xankəndinə keçidi gecikir.

"Gündəmtv.az" bildirir ki,  “Report”un Qarabağ Bürosunun verdiyi xəbərə görə, Xankəndidə yaşayan erməniəsilli ailələr üçün nəzərdə tutulan yardımın bu gün saat 10 radələrində Əsgərana keçidinin təmin olması nəzərdə tutulsa da, yük maşını hələ ki Bərdə rayonunda dayanıb. TIR-ın hərəkətinin ləngiməsinə səbəb kimi bir tərəfdən Qarabağdakı separatçılarının növbəti qeyri konstruktiv mövqeyi, həmçinin etibarlı mənbələrdən aldığımız məlumata görə, Beynəlxalq Qızı Xaç Komitəsinin və Qərbin Rusiya Qızıl Xaç Cəmiyyinə təzyiqinin nəticəsidir.

Xatırladaq ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli şəxslərin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədilə, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə ümumilikdə 1 TIR ərzaq yükü göndərilib.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş