Rusiyada neft bazasında yanğın başladı
Rusiyanın Belqorod vilayətində neft bazasında yanğın başlayıb.
Gündəmtv.az-ın xəbərinə görə, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov “Telegram” kanalında paylaşım edib.
Vyaçeslav Qladkov yazıb ki, neft bazasında yanğın Ukrayna Silahlı Qüvvələrinin ərazini atəşə tutmasından sonra başlayıb. Mərmilərdən biri neft bazasına düşüb. Rusiya Fövqəladə Hallar Nazirliyinin briqadaları yanğını söndürməyə çalışır.
Neft bazasında 10 anbar var, mərmi dizel yanacağının olduğu anbarlardan birinə düşüb.
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş