QARABAĞ AZƏRBAYCANDIR!

Rusiya XİN-in səhifəsində 22.02.22 mesajı: Sabah nə olacaq? 28
2022-10-13 09:33 | 0 Rəy

Rusiya XİN-in səhifəsində 22.02.22 mesajı: Sabah nə olacaq?

Rusiya XİN-in internet səhifəsində 22.02.2022 yazılan qapaq fotosu paylaşdılar.

"Gündəmtv.az" xəbər verir ki, bu sözləri türkiyəli tanınmış siyasətçi Sinan Oğan “Haber Qlobal” kanalına Prezident İlham Əliyevin Moskva səfərini təhlil edərkən deyib.

O bildirib ki, bundan öncə Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski də 1 dekabr 2021-ci ildə bir çıxışında “gözləyin, 22.02.2022-ci il tarixində bütün dünya görəcək nələr olacağını” demişdi:

“Bu səfər də 22 fevrala təsadüf edir. Ona görə sabah nə baş verəcəyi maraqla gözlənilir”.

Qeyd edək ki, bu gün Rusiya lideri Vladimir Putin TŞ-nin geniştərkibli iclasını keçirib. İclas canlı yayımlanıb. Bu iclasda da Ukrayna ərazisindəki qondarma qurumlar – “dxr” və “lxr”in tanınması müzakirə edilib.

Putin artıq Fransa və Almaniya liderlərinə Donbasın tanınacağı ilə bağlı fərman imzalayacağını elan edib.//Axar.az

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş