QARABAĞ AZƏRBAYCANDIR!

Rusiya XİN: "ABŞ Fələstin-İsrail münaqişəsinin eskalasiyasına səbəb olub" 55
2023-10-20 08:15 | 0 Rəy

Rusiya XİN: "ABŞ Fələstin-İsrail münaqişəsinin eskalasiyasına səbəb olub"

ABŞ-nin BMT Təhlükəsizlik Şurasında Fələstin və İsraillə bağlı qətnamə layihəsinə veto qoyması Vaşinqtonun regiondakı həqiqi istəklərini göstərir.

"Gündəmtv.az" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Qeyd olunub ki, ABŞ-nin uğursuz siyasəti Fələstin-İsrail münaqişəsinin hazırkı fəlakətli eskalasiyasına səbəb olub.

"BMT Təhlükəsizlik Şurası Rusiya qətnaməsini qəbul etsəydi, Qəzzada xəstəxanaya hücumun qarşısını almaq olardı", - deyə bəyanatda vurğulanıb.

O da bildirilib ki, İsrailin özünümüdafiə hüququ heç də ayrı-seçkilik olmadan kütləvi qisas almaq üçün lisenziya demək deyil.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş