QARABAĞ AZƏRBAYCANDIR!

Rusiya vətəndaşlarının hesabları Ermənistanda bağlanacaq 110
2023-11-29 00:48 | 0 Rəy

Rusiya vətəndaşlarının hesabları Ermənistanda bağlanacaq

Ermənistanda broker “Armbrok” əcnəbilər üçün daxili tələblərin sərtləşdirilməsi ilə əlaqədar qeyri-rezidentlərin bəzi hesablarını, o cümlədən Rusiya vətəndaşlarının hesablarını bağlayacaq.

"Gündəmtv.az" xəbər verir ki, bu barədə “RBC” brokerin nümayəndəsinə istinadən məlumat yayıb.

Hesabların bağlanması barədə qərar Armbrok uyğunluq departamenti tərəfindən Ermənistanın qeyri-rezidentləri üçün daxili tələblərə baxılaraq sərtləşdirildikdən sonra qəbul edilib.

Şirkət nümayəndəsi əlavə edib ki, qeyri-rezident müştərilərin aktivləri müştərilərin vəsait çıxarmaq üçün göstərişlərinə uyğun olaraq onların digər broker və banklardakı hesablarına köçürüləcək.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş