QARABAĞ AZƏRBAYCANDIR!

Rusiya şirkəti sanksiyalara görə təyyarələrini sökəcək 9
2022-05-24 06:11 | 0 Rəy

Rusiya şirkəti sanksiyalara görə təyyarələrini sökəcək

Rusiyanın “Aeroflot” aviaşirkəti yaxın gələcəkdə sanksiyalara görə “Boeing” və “Airbus” təyyarələri üçün ehtiyat hissələri çatışmazlığı ilə üzləşəcək.

"Gündəmtv.az" oxu.az-a istinadən xəbər verir ki, çatışmazlığı aradan qaldırmaq üçün aviadaşıyıcı təyyarələrini ehtiyat hissələrinə ayırmağa başlaya bilər.

Ekspertlərinin fikrincə, öz təyyarə parkını işlək vəziyyətdə saxlamaq üçün “Aeroflot” sözügedən prosesə üç ərzində başlayacaq. Aviaşirkət ən azı yaxın gələcəkdə “Boeing” və “Airbus” məhsullarını Rusiya istehsalı olan təyyarələrlə əvəz edə bilməyəcək.

Qeyd edək ki, sanksiyalara görə “Aeroflot” nəinki öz təyyarələri üçün ehtiyat hissələri əldə etmək imkanını itirib, həm də xaricə uçuşları kəskin şəkildə azaltmaq məcburiyyətində qalıb.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş