QARABAĞ AZƏRBAYCANDIR!

Rusiya Dneprə raket zərbəsi endirib, yaralılar var - FOTO 254
2023-07-29 09:21 | 0 Rəy

Rusiya Dneprə raket zərbəsi endirib, yaralılar var - FOTO

Rusiyanın Ukraynanın Dnepr şəhərinin yaxınlığına zərbə endirməsi nəticəsində 5 nəfər yaralanıb.

"Gündəmtv.az" xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko bildirib.

Raket çoxmərtəbəli yaşayış binasına düşdüyü üçün yaralıların sayının artacağı istisna edilmir.

Yaralıların hamısına xəstəxanaya yerləşdirilmədən tibbi yardım göstərilib.

Dnepropetrovsk Regional Dövlət Administrasiyasının rəhbəri Sergiy Lısak deyib ki, Dneprdə raket zərbələri nəticəsində inzibati binada yanğın qeydə alınıb.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Dneprdə Təhlükəsizlik Xidmətinin binası partlayış nəticəsində zədələnib."Report"

 

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş