QARABAĞ AZƏRBAYCANDIR!

RUSİYA DALANA DİRƏNİB, biz isə "CƏHƏNNƏMDƏYİK "- Poqosyan  167
2021-11-20 20:52 | 0 Rəy

RUSİYA DALANA DİRƏNİB, biz isə "CƏHƏNNƏMDƏYİK "- Poqosyan 

RUSİYA DALANA DİRƏNİB, biz isə "CƏHƏNNƏMDƏYİK"

"Gündəmtv.az" erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri  erməni politoloq Poqos Poqosyan  səsləndirib.

"44 günlük müharibədən sonra ,Rusiya heç bir strateji üstünlük əldə etmir, əksinə zəif vəziyyətdədir. 

Ermənistan-Azərbaycan sərhədindəki toqquşmalar Rusiya üçün böyük problem yaradır. Rusiya ya Ermənistana kömək etməli və neytral sülhməramlı mandatını itirərək Azərbaycanla vuruşmalıdır, ya da ruslar qanlı toqquşmalara qarışmamalıdır. 

Hər iki halda biz də, Rusiya da uduzuruq və bütün bunlar Azərbaycanda da, Türkiyədə də çox gözəl anlayırlar. 

Rusiya nəhayət başa düşməlidir ki, onun yaratdığı struktur dağılıb, işləmir

Minlərlə qurban vermişik, cəmiyyət parçalanıb, siyasətçilər bir-birini söyür, bu vəziyyətdən özümüz çıxa bilmərik. Rusiya  mütləq nəticə çıxarmalıdır.

Ya müttəfiqini tam dəstəkləsin, ya da kənara çəkilib , bizə qərar vermək imkanı versin. Getsin bu cəhənnəmdən."- deyə Poqosyan  fikirlərinin yekunlaşdırıb.

 

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş