QARABAĞ AZƏRBAYCANDIR!

Rusiya Bosniya və Herseqovinanı təhdid edir - Kremlin bu ölkəyə hücumu nə dərəcədə realdır? 125
2022-10-13 09:33 | 0 Rəy

Rusiya Bosniya və Herseqovinanı təhdid edir - Kremlin bu ölkəyə hücumu nə dərəcədə realdır?

Rusiya Bosniyanı  NATO-ya daxil olacağı təqdirdə “Ukrayna senarisi”ni təkrarlayacağı ilə hədələyib. Bu barədə Rusiyanın Bosniya və Herseqovinadakı səfiri İqor Kalabuxov fikir səsləndirib. Rusiyanın belə bir mövqe sərgiləməsi dünya dövlətləri tərəfindən birmənalı qarşılanmayıb. Bəs Kremlin belə bir addım atması nə dərəcədə real ola bilər?

"Gündəmtv.az" xəbər verir ki, mövzunu Konkret.az-a şərh edən politoloq Araz Aslanlı bildirib ki, Bosniya və Herseqovina mürəkkəb bir dövlətdir: “Bu ölkənin harasa üzv olması ilə bağlı proses digər ölkələrdən fərqlidir. Çünki konfedarativ olduğu üçün orada mürəkkəb idarəetmə sistemi mövcuddur. Bosniya və Herseqovinanın NATO-ya üzv olmasının perspektivi çox zəifdir. Ona görə də, bu ölkəyə xüsusi hərbi müdaxiləyə ehtiyac yoxdur. Bosniyalılar və xorvatlar NATO-ya üzv olmaq istəsələr də, serblər buna razı olmaz. Görünən odur ki, Rusiya birbaşa ordu yeridib Bosniya və Herseqovinanı işğal etmək üçün yox, bu dövlətin varlığını sual altına atmaq üçün  təhdid edir. Rusiya Bosniya və Herseqovinaya hücum etmək üçün bir neçə dövləin ərazisindən keçməli, yaxud havadan zərbə endirməlidir. Amma bu Rusiyanın marağında deyil. Çünki Kreml NATO-nu öz sərhədlərindən uzaq tutmaq istəyir. Birbaşa sərhədində olmayan dövlətlə münaqişəyə girəcəyini düşünmürəm. Amma Bosniya və Herseqovinanın bütövlüyünün təhdid olunması mümkündür və Rusiya adıçəkilən ölkəni də məhz bununla hədələyir”.

Araz Aslanlı: “Muxtariyyətin ləğvi münaqişənin həllinə nə mənfi, nə də müsbət təsir etdi”

Araz Aslanlı əlavə edib ki, əslində üçtərəfli bir idarəetmə modeli (müsəlmanlar, serblər və xorvatlar) olmasa idi, bu zaman Bosniya və Herseqovinanın NATO-ya üzvülüyü daha real görünərdi: “Amma indi vəziyyət fərqlidir və qərar qəbul etmək mürəkkəbdir. Digər tərəfdən bölünmə riski də yaşana bilər. Bu yaxınlarda serblərdə Bosniya və Herseqovinadan ayrı şəkildə müstəqil hərəkət etmək istəyi də yaranmışdı. Ona görə də, bu ölkənin NATO-ya daxil olması bir az risklidir. Coğrafi baxımdan Rusiyadan uzaq yerləşmələri bir az rahatlıq yaratsa da, serb millətçiliyi və dövlətin müstəqilliyinin qorunub saxlanılması baxımından bu addım risklidir”.

Əgər Rusiya Serbiya və Herseqovinaya hücum edərsə, bu zaman Qərb və NATO-nun reaksiyası necə olacaq sualını Araz Aslanlı belə cavab verib: “Bu ehtimal çox zəifdir. Amma böyük Avropa dövlətləri üçün təhlükə yaxınlaşdıqca reaksiyaları daha sərt olur. Təbii ki, Bosniya və Herseqovinaya hücuma Qərbin cavabı Ukraynaya sərgilədiyi reaksiyadan fərqli olacaq”.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş