Rusiya Abdullayevlərlə bağlı araşdırmalara başladı: Bəs Azərbaycan hansı addımlar atır? - FOTOLAR
Orqan alverindən tutmuş büdcə pullarının mənimsənilməsinə, ermənilərlə iş birliyindən tutmuş vətənə xəyanətə qədər bütün cinayətlərə əl atan ABU-nun sabiq rektoru Elşad Abdullayev uzun müddətdir ki, Fransaya sığınıb. Lakin təəssüflər olsun ki, onun hələ də Azərbaycana ekstradisiyası baş tutmayıb.
Gündəmtv.az xəbər verir ki, Fransada erməni lobbisinin Azərbaycana qarşı məkrli planlarında iştirak edən, ermənilərə maddi yardım göstərən Elşad Abdullayev haqda artıq Rusiya xüsusi xidmət orqanları araşdırmalara başlayıb. Buna səbəb Abdullayevin oğlu Elşən Abdullayevin Rusiyada saxta yollarla vətəndaşlıq alması, onun özünün isə bir sıra cinayətlərdə iştirak etməsidir.
Belə ki, Elşad Abdullayevin erməni Suzanna Şirvanyana 4,5 milyon rubl maddi yardım göstərməsi, oğlunun isə Moskvadakı obyektlərini ermənilərə icarəyə verməsi diqqətdən yayınmır. Bütün bu faktlar Rusiyanın hüquq mühafizə orqanlarını Abdullayevlər haqda araşdırmalara başlamağa vadar edir.
Lakin təəssüflər olsun ki, haqqında beynəlxalq axrarış elan olunmasına və bir neçə maddə ilə cinayət işi açılmasına baxmayaraq Azərbaycan tərəfi Elşad Abdullayevin ekstradisiyasına nail ola bilmir. Üstəlik, onun Moskvada yaşayan oğlu haqqında da heç bir tədbir görülmür. Hərçənd onu Moskvadan qanunsuz əməllərinə görə tutub ölkəyə gətirmək çətin olmamalıdır. Bir halda ki, Rusiya tərəfi Abdullayevlərə qarşı araşdırmalara başlayıb, Azərbaycanın real addımlar atmaması başadüşülən deyil .
Digər bir məsələ ondan ibarətdir ki, Azərbaycanın Moskvadakı səfirliyində ölkənin hüquq mühafizə orqanlarının əməkdaşları xidmət aparır. Belə olan təqdirdə Elşən Abdullayev haqda ən azı araşdırmalara başlanmaması müəyyən suallar doğurur. İnanırıq ki, Rusiya hökumətinin başlatdığı araşdırmalara Azərbaycanın hüquq mühafizə orqanlarının əməkdaşları da qoşulacaqlar və haqq-ədalət öz yerini tutacaq.
Qalareya




0 şərh:
Səndə öz fikrini bizimlə bölüş