QARABAĞ AZƏRBAYCANDIR!

Rəisi Səudiyyə Ərəbistanına dəvət edildi 199
2023-08-19 14:54 | 0 Rəy

Rəisi Səudiyyə Ərəbistanına dəvət edildi

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian 7 illik fasilədən sonra  Səudiyyə Ərəbistanına səfəri zamanı vəliəhd Məhəmməd bin Salman ilə görüşüb.

“Gündəmtv.az” xəbər verir ki, 1,5 saat davam edən görüşdə tərəflər iki ölkə arasında ən müxtəlif məsələləri, regional məsələləri müzakirə ediblər. 

Abdullahian deyib ki, bu gün İran və Səudiyyə Ərəbistanı böyük bir tarixi məsuliyyət daşıyır. O əlavə edib ki, regional uğur ancaq dialoq və əməkdaşlığın artırılması ilə mümkün ola bilər.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman İranla əlaqələrə strateji baxımdan yanaşdıqlarını vurğulayaraq, Ər-Riyad rəhbərliyinin münasibətləri davam etdirmək əzmində olduğunu bəyan edib. Bin Salman İran prezidenti İbrahim Rəisini Ər-Riyada dəvət edərək deyib: “İran prezidentinin Səudiyyə Ərəbistanına səfəri və iki ölkə liderlərinin görüşü ikitərəfli əlaqələr və bütün sahələrdə əməkdaşlığın inkişafı və möhkəmlənməsi üçün vacibdir.

Qeyd edək ki, iki ölkə arasında münasibətlər 2016-cı il yanvarın 2-də Səudiyyə Ərəbistanında şiə din xadimi Nimr əl-Nimr də daxil olmaqla 47 nəfər “terrorçuluq” ittihamı ilə edam edilməsindən sonra başlayıb. Edamlara görə İranda Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və Məşhəd şəhərindəki konsulluq binaları yandırılıb. Yəməndə 2015-ci ilin martında başlayan böhran səbəbindən onsuz da gərginləşən iki ölkə arasında diplomatik əlaqələr tamamilə kəsilib. 

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş