QARABAĞ AZƏRBAYCANDIR!

Rəhman Hacıyev: "Zəngilanda meşə massivinin salınması layihəsinə start verilib" 70
2022-10-13 09:33 | 0 Rəy

Rəhman Hacıyev: "Zəngilanda meşə massivinin salınması layihəsinə start verilib"

"Zəngilanda meşə massivinin salınması layihəsinə start verilib".

"Gündəmtv.az" xəbər verir ki, bunu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” adlı elmi-praktiki konfransda “Zəfərdən dirçəlişə: Tarixi qələbədən sonra yeni yaranan reallıq” mövzusunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, layihə çərçivəsində 30 min ağacın əkilməsi planlaşdırılır: "Hər bir ağacın xüsusi suvarması olacaq: "Bu təşəbbüs əlbəttə ki, bir rayonla məhdudlaşmayacaq, azad edilən digər ərazilərdə də mütəmadi olaraq davam etdiriləcək”.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş