QARABAĞ AZƏRBAYCANDIR!

Rəcəbov yenə heç-heçə etdi 5
2022-06-22 06:15 | 0 Rəy

Rəcəbov yenə heç-heçə etdi

Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan “İddiaçılar Turniri”ndə növbəti görüşünü keçirib.

"Gündəmtv.az" xəbər verir ki, 35 yaşlı şahmatçı IV turda qara fiqurlarla polşalı Yan-Kşiştof Duda ilə qarşılaşıb. Oyun 41-ci gedişdə heç-heçə ilə başa çatıb.

Teymur Rəcəbov I və III turda Fransa təmsilçisi Alireza Firuzca və FIDE bayrağı altında yarışan Yan Nepomnyaşi ilə sülhə razılaşıb, II turda isə ABŞ təmsilçisi Hikaru Nakamuraya uduzub.

Təmsilçimiz hazırda 1,5 xalla Firuzca ilə 6 – 7-ci yerləri bölüşdürür.

Qeyd edək ki, İddiaçılar Turnirinə iyulun 7-də yekun vurulacaq. Yarışın qalibi şahmat tacı uğrunda görüşdə norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş