QARABAĞ AZƏRBAYCANDIR!

Qusarda meşə zolağı yaxınlığında YANĞIN 12
2022-08-12 06:24 | 0 Rəy

Qusarda meşə zolağı yaxınlığında YANĞIN

Qusarda Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə yanğın olub.

"Gündəmtv.az" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, rayonun Şirvanlı kəndində bələdiyyəyə aid ərazidə 3 ha biçilmiş taxıl sahəsi və Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə 2 ha sahədə quru ot və qurumuş ağac kötükləri yanıb.

Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş