QARABAĞ AZƏRBAYCANDIR!

Qusarda evdə yanğınla nəticələnən partlayış olub: Xəsarət alan var 62
2024-02-10 09:53 | 0 Rəy

Qusarda evdə yanğınla nəticələnən partlayış olub: Xəsarət alan var

Qusar rayonunun Hil kəndində ümumi sahəsi 130 kvadratmetr olan birmərtəbəli 5 otaqlı evdə yanğınla nəticələnən partlayış hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, yanğın nəticəsində evin yanar konstruksiyaları və içərisində ev əşyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş