QARABAĞ AZƏRBAYCANDIR!

Qusar sakinləri Xaçmazda bıçaqlandılar 19
2022-03-25 10:18 | 0 Rəy

Qusar sakinləri Xaçmazda bıçaqlandılar

Xaçmazda bıçaqlanma hadisəsi baş verib.

"Gündəmtv.az"ın məlumata görə, hadisə Yalama kəndində qeydə alınıb.

Belə ki, Qusarın Düztahir kənd sakinləri - 1997-ci il təvəllüdlü Namiq Faiq oğlu Cəfərov və onun həmkəndlisi 2002-ci il təvəllüdlü Sadəddin Radik oğlu Novruzov bıçaq xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

N.Cəfərova döş qəfəsinin daxilə nüfuz edən deşilmiş yarası, S.Novruzova isə sol çiyin nahiyəsinin deşilmiş yarası diaqnozları qoyulub.

Hadisənin hansı şəraitdə baş verdiyi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.//Report

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş