QARABAĞ AZƏRBAYCANDIR!

Quru yolla Gürcüstana gedə bilərik? - Rəsmi açıqlama 140
2022-10-13 09:33 | 0 Rəy

Quru yolla Gürcüstana gedə bilərik? - Rəsmi açıqlama

Bu gündən etibarən Gürcüstan Azərbaycan üçün quru sərhədlərini açıb. Sərhədi yalnız vaksin pasportu olan və ya ölkəyə girişdən əvvəl son 72 saat ərzində koronavirus test nəticəsi mənfi olan şəxslər keçə bilər.

Bəs Azərbaycan vətəndaşları sərbəst formada Gürcüstana gedə bilərmi? 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən  Gündəmtv nin  bu barədə sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli 151 nömrəli Qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 avqust tarixinədək uzadılıb: “Dövlət sərhədindən şəxslərin buraxılışı yalnız müəyyən olunmuş qaydada Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən icazə əsasında həyata keçirilir”.

Azərbaycan hazırda quru sərhədlərini açmadığı üçün yalnız Operativ Qərargah tərəfindən xüsusi icazəsi olan şəxslər bu yolla ölkədən çıxa bilər.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş