QARABAĞ AZƏRBAYCANDIR!

Qurban bayramında neçə gün iş olmayacaq? 9
2022-06-28 12:29 | 0 Rəy

Qurban bayramında neçə gün iş olmayacaq?

Azərbaycanda Qurban bayramında qeyri-iş günlərinin sayı məlum olub.

"Gündəmtv.az" xəbər verir ki, Nazirlər Kabinetinin 2022-ci il üçün qərarına əsasən, bu il Qurban bayramı iyulun 9 və 10-da qeyd ediləcək.

Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən, həmin günlər iş günü hesab edilmir.

Bu il iyulun 9-u və 10-u şənbə və bazar günlərinə təsadüf etdiyi üçün iyulun 11-i və 12-si də qeyri-iş günləri sayılır.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş