QARABAĞ AZƏRBAYCANDIR!

Qubadlı sakinləri 30 ildən  sonra öz doğma torpaqlarında. 270
2023-07-11 00:00 | 0 Rəy

Qubadlı sakinləri 30 ildən sonra öz doğma torpaqlarında.

Qələbənin sevincini yaşayan Qubadlı rayon Tatar inzibati ərazi dairəsinə aid olan Tatar, Qiyaslı , Qaraqoyunlu  kəndlərinin sakinləri  birinci Qarabağ  müharibəsində Həlak olan Doğma torpaqlarında dəfn olunmuş şəhidlərinin Cəfərov Etibar Xanış oğlunun və Piriyev Fəxrəddin Əyyub oğlunun anım gününü qeyd etmək və  məzarlarını ziyarət etmək üçün 30 illik həsrətdən sonra ilk dəfə öz doğma kəndlərinə  gediblər.  30 illik həsrətdən sonra doğma torpaqlarina qədəm qoyan sakinlər şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükütla yad edib və öz sevinc hisslərini ifadə ediblər. Sakinlərlə görüşən ANAMANİN- əməkdaşları ərazidə tanimadiqlari rast gəldikləri əşyalara toxunmamağı tövsiyə edib və müxtəlif tapşırıqlarını veriblər.

30 ildən sonra ilk dəfə bu torpaqlarda azan səsləndi. Daha sonra şəhidlərin məzari ziyarət olundu. Şəhid məzarlarını ziyarət etdikcə erməni vəhşiliyinin və vandalizminin şahidi oluruq.  Qəbirlər dağıdılıb və məhv edilib.  Sonra ziyalılar çıxış edərək  qeyd ediblərki, Ali Baş komandan İlham Əliyevin daxili və xarici siyasətinin  nəticəsidirki, məcburi köçkünlər öz doğma torpaqlarına qovuşublar.

Tədbirdə Qubadlı Rayon Tatar İnzibati ərazi dairəsinə aid olan Tatar Qiyaslı Qaraqoyunlu kənd sakinləri adından Azərbaycan Resbuplikasının Prezdenti Cənab İlham Əliyevə müraciət oxunub: 

"Müraciətdə bu günku tədbiri həyata kecitmək ucun onlara yaradilan bu şərait üçun təşəkkürlərini bildirib və  vurğulanib ki,  yurda qayıdış proqramı çərçivəsində bərpa olunan infrastruktur və salınan Ağıllı kənd lahiyələrini yüksək qiymətləndirirlər.  Həmçinin oda vurğulanib ki , bu kəndlər bol sulu və insanlarin təsərrüfat işləri ilə məşğul olmaq üçün əlverişli şəraitə malikdir.

Qeyd olunub ki, kəndlərimiz Ağıllı Ağalı kəndindən təxminən 5 km məsafədə yerləşir.  Qeyd edilənlərlə  bərabər kəndlərimizin ozunə məxsuz adət- ənənələri , özünəməxsus tarixi vardır.  Həmçinin ərazidə şəhidlərimizin və ata-babalarimizin məzarlarının və qədim kurkanlarin olmasını nəzəra alaraq inanırıq ki, tezliklə kəndlərimizin qədim adları saxlanıraraq  məhz sizin iştirakınızla təməl qoyma mərasimində birlikdə iştirak edəcəyik." Tədbir xatirələr və xoş təəssüratlarla başa çatıb.       

                                                                                           İlkin Əlyar

Video

Qalareya

Gundemtv.az Gundemtv.az

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş