QARABAĞ AZƏRBAYCANDIR!

Qubadakı qəzada xəsarət alanların şəxsiyyəti məlum oldu - Yenilənib 147
2023-08-13 16:25 | 0 Rəy

Qubadakı qəzada xəsarət alanların şəxsiyyəti məlum oldu - Yenilənib

Qusar-Bakı reysi ilə hərəkət edən sərnişin avtobusu aşıb.

“Gündəmtv.az” xəbər verir ki, bu barədə “Report” məlumat yayıb.

İlkin məlumata görə, hadisə Quba rayonunun Digah kəndində baş verib.

Qeyd olunub ki, qəza nəticəsində 19 nəfər yaralanıb.

Hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı araşdırma aparılır.

***Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan  verilən məlumata görə, bu gün səhər saatlarında Qusardan Bakı istiqamətində hərəkətdə olan "Temsa" markalı sərnişin avtobusu aşıb.

Quba rayonunun Digah kəndi ərazisində sürücü Ravil Mahmudovun idarə etdiyi avtobus yoldan çıxaraq aşıb.

Hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub, xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. 

İlkin məlumata görə, avtobusda 22 nəfər olub. Ölən yoxdur.

Hazırda faktla bağlı Quba Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

***

“Report”un məlumatına görə, qəza nəticəsində 4-ü azyaşlı olmaqla 19 nəfər xəstəxanaya yerləşdirilib.

Qəzada xəsarət alan şəxslərin adları:

Xudat şəhər sakini, 2002-ci il təvəllüdlü Pirəliyev Təhmin Cabir oğlu,

Qusar rayon sakini, 2000-ci il təvəllüdlü Babayeva Ayşən Mirbaba qızı,

Qusar rayon sakini Vəlibəyova Validə Seydulla qızı,

Bərdə rayon sakini, 1962-ci il təvəllüdlü Məmmədova Arzu Nəsir qızı,

Qusar rayon sakini, 1998-ci il təvəllüdlü Hacıyeva Familə Hadı qızı,

Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Yarəliyeva Ramella Əhmədşah qızı,

Bakı şəhər sakini Yarəliyeva Aynurə,

Bərdə rayon sakini, 1940-cı il təvəllüdlü Mamedova Şövkət Heydər qızı,

1973-cü il təvəllüdlü Hüseynova Gül Əhliman qızı,

Qaradağ rayon sakini, 1990-cı il təvəllüdlü Nərimanov Elnur Əlibaba oğlu,

Qusar rayon sakini, 1949-cu il təvəllüdlü Heybətova Zina Mmircuban qızı,

Qusar rayon sakini, 1952-ci il təvəllüdlü Babayeva Əhədulla Cansubar oğlu

Qusar rayon sakini, 1987-ci il təvəllüdlü Pirəhmədova Albina Elsevər qızı və

Qusar rayon sakini, 2002-ci il təvəllüdlü Müslümova Sabrina Carulla qızı,

Qusar rayon sakini, 1991-ci il təvəllüdlü Səlimov Fərhad Qılıc oğlu

Uşaqlar - Yarəliyeva Riana, Yarəliyev Rövşən, Yarəliyev Ramil, Yarəliyev Röyal.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş