Qida məhsullarının çatdırılması zamanı nöqsanlara yol verilir - AQTA
Qida məhsullarının daşınması və çatdırılması sahəsində bir sıra ciddi nöqsanlar mövcuddur. Əsasən qida məhsullarının daşınması və müştərilərə çatdırılması zamanı sanitariya norma və qaydaları ilə temperatur rejimi pozulur. Məhsulların saxlanılması və daşınması zamanı mal qonşuluğu qaydalarına əməl olunmur. Həmçinin emal edilmiş yarımfabrikat və hazır yeməklərin üzərində hazırlanma vaxtı yazılmır. İstifadə olunan alət və avadanlıqlar dezinfeksiya edilmir, xammal kimi istifadə müddəti bitmiş və mənşəyi məlum olmayan məhsullardan istifadə edilir, işçi heyət ilkin və dövri tibbi müayinədən keçirilmir və digər nöqsanlara yol verilir. Bu hallar isə istehlakçıların ciddi narazılığına və onların səhhətində problemlərin yaranmasına səbəb olur.
"Gündəmtv.az" xəbər verir ki, bu cür nöqsanlarla bağlı istehlakçılar tərəfindən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin “1003 Çağrı mərkəzi”nə müxtəlif müraciətlər daxil olmaqdadır.
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş