Qəzada yaralananları aparırdı, özü qəzaya düşdü
Ağstafada çağrışdan qayıdan təcili tibbi yardım avtomobili qəzaya düşüb.
“Gündəmtv.az” xəbər verir ki, hadisə rayonun Göycəli kəndində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Nəticədə bir neçə nəfər xəsarət alıb.
Qəzada xəsarət alanları xəstəxanaya aparan təcili tibbi yardım avtomobili isə Ağstafa şəhərindəki Bayraq Meydanın qarşısında qəzaya düşüb. Yaralılar digər təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş