Qətərli futbolçular Türkmənistana gəlməkdən İMTİNA ETDİ
Qətərli futbolçular Türkmənistanın “Arkadağ” stadionunun açılışına gəlməkdən imtina ediblər.
"Gündəmtv.az" yerli KİV-ə istinadən xəbər verir ki, iyunun sonunda türkmən rəsmiləri Qətərdən olan həmkarlarından Arkadağ şəhərində yeni stadionun açılışında iştirak etmək üçün bu ölkənin istənilən futbol komandasını göndərməyi xahiş ediblər.
Qeyd olunub ki, xahiş son dərəcə israrlı olub. Görünür, türkmənistanlı rəsmilərdən biri ölkə rəhbərliyinə qətərli futbolçuları mərasimə gətirəcəyinə söz verib.
Məlumata görə, qətərlilər türkmən həmkarlarının təklifini rədd edib. Buna səbəb kimi müraciətin gecikməsi və futbolçuların yay tətilində olması göstərilib.
Nəticədə stadionun açılış mərasimində yerli “Arkadağ” klubu ilə hazırkı respublika çempionu “Axal” qarşılaşıb. Görüşdə meydan sahibləri 0:3 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, Arkadağ şəhərinin açılışı iyunun 29-da respublikanın eks-prezidenti, “Arkadağ” titulu daşıyan parlamentin sədri Qurbanqulu Berdiməhəmmədovun doğum günündə baş tutub. Bununla belə, sabiq prezidentin özü bayram mərasimində iştirak edə bilməyib. Çünki o, Həcc ziyarətini gedən dövlət nümayəndə heyətinə rəhbərlik edib.KONKRET.az
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş