Qərb Ukrayna ilə razılığa gələ bilməyib – “Politico”
Qərb hələ ki Ukrayna Silahlı Qüvvələrinin pilotlarının F-16-dan istifadə üçün hazırlanması ilə bağlı razılığa gələ bilməyib.
"Gündəmtv.az" xəbər verir ki, bu barədə Amerikanın “Politico” qəzeti yazır.
Nəşrin ABŞ rəsmilərinə istinadən qeyd etdiyi kimi, “Qərb tərəfdaşları vəd edilmiş qırıcıları idarə etmək üçün ukraynalı pilotlara təlim keçmək planı ilə bağlı hələlik razılığa gələ bilməyiblər”.
Materialda deyilir ki, Danimarka və Hollandiya Ukrayna Silahlı Qüvvələrinin təliminə dəstək verən 11 dövlətdən ibarət koalisiyaya rəhbərlik etsə də, indiyədək heç bir ölkə açıq şəkildə proqram üçün təyyarələr təqdim etməyi öhdəsinə götürməyib.
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş