QARABAĞ AZƏRBAYCANDIR!

Qərb ona görə müharibə elan etdi ki... - Lavrov "qələbə bizimdir" dedi 42
2023-09-13 17:39 | 0 Rəy

Qərb ona görə müharibə elan etdi ki... - Lavrov "qələbə bizimdir" dedi

 “Qərbin beynəlxalq aləmdəki fəaliyyətini qiymətləndirəndə faktları rəhbər tuturuq”. 

 Gündəmtv.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Tamamilə göz qabağındadır ki, Qərb bunu gizlətmədən strateji məğlubiyyətə görə bizə müharibə elan etdi ki, Rusiya döyüş meydanında uduzsun. Bu, bizim seçimimiz deyildi. Onlar Ukraynanı, bizi məğlub etmək, alətə çevirmək üçün bütün vasitələrdən istifadə edirlər. Bu yaxınlarda Danilov (Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi - red.) etiraf etdi ki, Ukraynada üçüncü dünya müharibəsidir. Qərbdə heç kim ona mane olmadı. Qərb yalnız öz maraqlarına uyğun olanı etmək istəyir. Qələbə qazanacağıq, başqa cür ola bilməz”, - deyə o əlavə edib.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş