Qəhrəman şəhidimiz- İmamalı Hüseynov
"Gündəmtv.az" Şəhid İmamalı Hüseynovun keçdiyi həyat yolunu qələmə alıb.
İmamalı Hüseynov 1992-ci il dekabrın 3-də Zəngilan rayonunun Tağlı kəndində anadan olub.1993-cü ildə Zəngilan rayonunun işğal edilməsindən sonra Hüseynovlar ailəsi Abşeron rayonunda yaşamağa başladılar.
İmamalı Hüseynov 2012-2014-cü illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə Dövlət Sərhəd Xidmətinin sıralarında "gizir" hərbi rütbəsində xidmət edirdi.
Sərhəd Qoşunlarının giziri olan İmamalı Hüseynov Azərbaycan ordusu tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərə qatıldı.Döyüə yoldaşları bildirir ki, İmamalının Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şücaətdən saatlarla danışmaq olar. İmamalı Hüseynov oktyabrın 9-da Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Nişanlı idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İmamalı Hüseynov ölümündən sonra "Vətən Uğrunda" medaqlı ilə,
Azərbaycanın ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən İmamalı Hüseynov ölümündən sonra"Döyüşdə Fərqlənməyə Görə" medalı ilə,
Azərbaycan Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İmamalı Hüseynov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Şəhidlər unudulmur.
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş