"Qəbələ" - "Fehervar" matçının start vaxtı AÇIQLANDI
“Qəbələ”nin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Macarıstanın “Fehervar” klubu ilə ilk oyununun başlama saatı açıqlanıb.
"Gündəmtv.az" klubun sosial şəbəkə hesabına istinadən xəbər verir ki, iyulun 21-də Macarıstandakı “MOL Arena”da keçiriləcək ilk matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü isə iyulun 28-də Qəbələ şəhər stadionunda olacaq. Həmin qarşılaşmanın başlama saatı hələlik bəlli deyil.
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş