QARABAĞ AZƏRBAYCANDIR!

Qazilər Sosial Müdafiə nazirliyinə hücum etdilər, polislərdən nümunəvi davranış!- RƏSMİ AÇIQLAMA 121
2022-10-13 09:33 | 0 Rəy

Qazilər Sosial Müdafiə nazirliyinə hücum etdilər, polislərdən nümunəvi davranış!- RƏSMİ AÇIQLAMA

Bu gün bir qrup qazi Dövlət Sosial Müdafiə Nazirliyinin qəbul otağına hücum edib.
Onlar dövlət müəssisəsinin qapı və pəncərlərini sındıraraq içəriyə daxil olublar.

Gündəmtv.az Musavat.com-a istinadən xəbər verir ki, bu zaman çox ciddi skandal yaşanıb. Qazilər onlara əlilliyin verilməməsindən şikayətçi olublar. Onlar nazir Sahil Babayevlə görüş istəyiblər. Skandal zamanı bir neçə qazinin halı pisləşib.

Qazilərdən birinin ürəyi gedib. Bu zaman mühafizə polisləri yüksək təmkin və nümunəvi davranış sərgiləyiblər. Polislər qaziləri qardaşları kimi qucaqlayaraq, sakitləşdirməyə çalışıblar. Heç bir zorakılıq hərəkəti müşahidə olunmayıb. Qəbul otağının mühafizəsini həyata keçirən polislər qapı və pəncərənin qırılmasına baxmayaraq, qaziləri təmkinlə sakitləşdiriblər. Həmin vaxt nazirliyin inzibati binasında xidmət aparan Yasamal rayon polis idarəsinin əməkdaşı 1991-ci il təvəllüdlü Əliyev Fazəddin İslam oğlu içəri daxil olan qazilərdən birini qucaqlayaraq sakitləşdirib və insident xeyli səngiyib. Halı pisləşən qazilərə ilk yardımı da polislər göstərib.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fazil Talıblı hadisə yerindəcə mətbuata açıqlama verib.

Həmin görüntüləri təqdim edirik:

Video

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş