QARABAĞ AZƏRBAYCANDIR!

Qayalı Marketlər Şəbəkəsindən Zəfər Günü ilə bağlı maraqlı AKSİYA - VİDEO + FOTOLAR 765
2022-10-13 09:33 | 0 Rəy

Qayalı Marketlər Şəbəkəsindən Zəfər Günü ilə bağlı maraqlı AKSİYA - VİDEO + FOTOLAR

Azərbaycanın şanlı qələbəsini özündə əks etdirən Zəfər Bayramı bütün ölkədə böyük coşğu və təntənə ilə qeyd olunub.

Gündəmtv.az xəbər verir ki, 44 günlük Vətən Müharibəsində qazanılan tarixi qələbəni, Zəfər Gününü özünəməxsus şəkildə qeyd edən sahibkarlıq subyektlərindən biri də Qayalı Marketlər Şəbəkəsi olub.

Belə ki, adıçəkilən şəbəkəyə məxsus “Gold Qayalı” ticarət mərkəzində 200-dən çox Vətən Müharibəsi şəhidinin plakatları, qardaş Türkiyə və Azərbaycan bayraqları asılıb. Bu, ticarət mərkəzinə daxil olan insanlar tərəfindən böyük maraqla qarşılanıb.

Bununla yanaşı ticarət mərkəzinin əməkdaşları Azərbaycan və Türkiyə bayrağına bürünərək müştərilərə xidmət göstəriblər, mühafizə sisteminin işçiləri  isə hərbi forma geyinərək simvolik şəkildə müharibə qəhrəmanlarımızın obrazını canlandırıblar.

Həyata keçirilən aksiya Sumqayıt sakinləri tərəfində maraqla qarşılanıb və insanlar Qayalı Marketlər Şəbəkəsinin rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Aksiyada çəkilən fotoları təqdim edirik:

 

Video

Qalareya

Gundemtv.az Gundemtv.az Gundemtv.az Gundemtv.az Gundemtv.az Gundemtv.az Gundemtv.az Gundemtv.az

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş