QARABAĞ AZƏRBAYCANDIR!

Qayalı marketlər Şəbəkəsindən yalan xəbərlərə bağlı AÇIQLAMA : "Heç bir peşəkarlığa sığmır" 261
2022-10-13 09:33 | 0 Rəy

Qayalı marketlər Şəbəkəsindən yalan xəbərlərə bağlı AÇIQLAMA : "Heç bir peşəkarlığa sığmır"

Bəzi saytlarda Qayalı Marketlər Şəbəkəsi haqda yayılan informasiyalar həqiqəti əks etdirmir və bu xəbərlərin heç bir əsası yoxdur. 

Bu fikirləri Gündəmtv.az-a açıqlamasında Qayalı Marketlər Şəbəkəsinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlkin Şirinov səsləndirib. O bildirib ki, bəzi saytlarda  marketlər şəbəkəsinin işçisi kimi təqdim olunan, guya iş saatından artıq fəaliyyətə cəlb edildiyini  deyən Arzu Babayeva adlı şəxs əslində Qayalı marketlər Şəbəkəsinə məxsus heç bir mağaza və ticarət obyektində işləməyib. İlkin Şirinov Arzu Babayevanın iddiasının əksinə olaraq bildirib ki, bağlanan mağazada belə həmin ad və soyadda heç bir işçi fəaliyyət göstərməyib. Üstəlik heç bir əməkdaş Əmək Qanunvericiliyinə zidd olaraq artıq işə cəlb olunmayıb və bütün mağazalarda 8 saatlıq iş rejimi təmin edilib. 

Marketlər Şəbəkəsinin sözçüsü onu da deyib ki, bəzi saytlar qeyri-peşəkarlıq nümayiş etdiriblər və jurnalistin peşə kodeksini pozublar. Belə ki, qarşı tərəfin mövqeyini öyrənmədən səsləndirilən iddianı təmsil etdikləri media qurumlarında birtərəfli şəkildə işıqlandırıblar. Bu isə heç bir peşəkarlığa sığmamaqla yanaşı, həm də məsuliyyət yaradır.

Gündəmtv.az 

Qalareya

Gundemtv.az

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş