“Qayalı” kollektivi Polad Həşimov və Şükür Həmidovun ailəsini ziyarət edib - FOTOLAR
“Qayalı Marketlər Şəbəkəsinin kollektivi 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə maraqlı addım atıb.
Gündəmtv.az xəbər verir ki, marketlər şəbəkəsinin əməkdaşları bayram münasibəti ilə Azərbaycanın Milli Qəhrəmanları, general Polad Həşimovun və polkovnik Şükür Həmidovun ailəsini ziyarət ediblər.
Hər iki şəhid Milli Qəhrəmanın ailəsində olan xanımların bayramını təbrik edərək, onlara ən xoş arzularını çatdırıblar.
Ziyarət zamanı çəkilən fotoları təqdim edirik:
Qalareya




0 şərh:
Səndə öz fikrini bizimlə bölüş