QARABAĞ AZƏRBAYCANDIR!

Qaribaşvili və Paşinyan regiondakı vəziyyəti müzakirə etdi 57
2022-10-13 09:33 | 0 Rəy

Qaribaşvili və Paşinyan regiondakı vəziyyəti müzakirə etdi

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili İrəvana bir günlük işgüzar səfəri çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Gündəmtv.az xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər Gürcüstan və Ermənistan arasında mövcud siyasi və iqtisadi əlaqələri müzakirə ediblər.

Görüş zamanı iki ölkə arasında ticari-iqtisadi, nəqliyyat, logistika və mədəniyyət sahələrində səmərəli əməkdaşlığın mövcud olduğu vurğulanıb.

Söhbət zamanı tərəflər regiondakı vəziyyətə və mövcud problemlərin həlli üçün birgə səylərin vacibliyinə diqqət çəkiblər.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş