QARABAĞ AZƏRBAYCANDIR!

"Qarabağ"ın potensial rəqiblərinin ilk duelindən Polşa çempionu qalib ayrılıb 113
2023-07-12 10:20 | 0 Rəy

"Qarabağ"ın potensial rəqiblərinin ilk duelindən Polşa çempionu qalib ayrılıb

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri I raundda ilk oyunlarını keçiriblər.

"Gündəmtv.az" xəbər verir ki, Polşada "Rakuv" və Estoniya "Flora"sı arasında baş tutan matçda meydan sahibləri 1:0 hesablı qələbə qazanıblar. Yeganə qolu 54-cü dəqiqədə Vladislav Koçergin vurub.

Polşa və Estoniya çempionlarının cavab görüşü iyulun 18-də Tallində gerçəkləşəcək.

Qeyd edək ki, "Qarabağ" I təsnifat mərhələsinin ilk matçında Cəbəllütariqdə "Linkoln"a 2:1 hesabı ilə məğlub edib.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş