QARABAĞ AZƏRBAYCANDIR!

Qarabağda işləyən əcnəbilər üçün əmək miqrasiyası kvotası beş il müddətinə ləğv olunur 53
2023-09-16 14:16 | 0 Rəy

Qarabağda işləyən əcnəbilər üçün əmək miqrasiyası kvotası beş il müddətinə ləğv olunur

2028-ci ilə qədər Azərbaycanda əmək miqrasiyası kvotası Qarabağda işləyən əcnəbilər nəzərə alınmadan müəyyən ediləcək.

Nazirlər Kabineti 14 mart 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nda dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Azərbaycanda əmək miqrasiyası kvotası müəyyən edilərkən işğaldan azad edilmiş ərazilərdə əmək fəaliyyətinə cəlb edilən əcnəbilər nəzərə alınmayacaq. Xatırladaq ki, bu kvota ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları nəzərdə tutulan əcnəbilərin sayının son həddidır.

Bu qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir və 2028-ci il yanvarın 1-nə qədər qüvvədədir.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş