QARABAĞ AZƏRBAYCANDIR!

"Qarabağda işləməyə getsinlər" - deputatdan işsizlərlə bağlı TƏKLİF 57
2023-11-17 16:49 | 0 Rəy

"Qarabağda işləməyə getsinlər" - deputatdan işsizlərlə bağlı TƏKLİF

"İşsizliyin aradan qaldırılması üçün dövlətimiz mütəmadi addımlar atır. Məhz son 20 ildə tikilmiş yeni istehsal sahələri və müəssisələrin fəaliyyəti sayəsində işsizlik 49%-dən 5%-ə qədər enib".

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O vurğulayıb ki, 5 % işsizin də işlə təmin olunması və ölkədə işsizlik probleminin həll edilməsi qarşıda dayanan əsas prioritetlərdən biridir.

Onun sözlərinə görə, bu səbəbdən işsizlər Dövlət Məşğulluq Agentliyinin filiallarında qeydiyyata alınır: "Onlara xüsusi təlimlər keçirilir və peşə hazırlığı kurslarına cəlb olunurlar. Eyni zamanda, kiçik biznes lahiyələrin hazırlanmasına dəstək göstərilir və dövlət vəsaiti hesabına özünə məşğulluq proqramlarına cəlb olunur. O cümlədən, iş yarmarkaları təşkil olunur və işsizlərin müəyyən qədər işlə təmin olunmasına nail olunur".

Milli Məclisin deputatı bildirib ki, bu gün işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və bərpa işləri ilə əlaqədar işçilərə ehtiyac var: "Ona görə də bu işlərin görülməsi üçün ölkəmizin hər bir yanından işçilər cəlb olunub və işlə təmin edilir. İşğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərinə Dövlət Məşğulluq Agentliyi vasitəsilə də işsizlərin yönləndirilməsi zəruridir. Agentlik işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən müəssisələrlə koordinasiyalı fəaliyyət göstərməlidir. Yəni müəssisələr vakant iş yerləri barəsində Dövlət Məşğulluq Agentliyinə məlumat verməli və müvafiq ixtisaslara uyğun işsizlərin yönləndirilməsi təşkil olunmalıdır. Belə olarsa, işsizlərin sayı kifayət qədər aşağı düşəcək".

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş