“Qarabağ” Yunanıstanda “Olimpiakos”u DARMADAĞIN ETDİ
Bu gün Avropa Liqasının qrup mərhələsinin III turuna start veriləcək.
Gündəmtv.az xəbər verir ki, Azərbycanın avrokuboklarda yeganə təmsilçisi “Qarabağ” da növbəti matçına çıxacaq.
Qurban Qurbanovun komandası Yunanıstanın paytaxtı Afinada “Olimpiakos”la qarşılaşacaq.
Bakı vaxtilə saat 23:00-da start götürəcək qarşılaşmaya komandalar aşağıdakı heyətlərlə çıxacaq:
“Olimpiakos”: 88. Kostas Tzolakis, 26. Qonsalo Avila, 2. Şimo Vrsaliko, 66. Pape Abu Sisse, 45. Oleq Reabçuk, 8. Pyerr Kunde, 5. Andreas Buxalakis (k), 6. Yans Mvila, 77. Qarri Rodriqes, 18. Hvanq Ui-co, 21. Pep Byel
Baş məşqçi: Miçel Qonsales:
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 29. Marko Veşoviç, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov, 44. Elvin Cəfərquliyev, 7. Riçard Almeyda, 2. Qara Qarayev (k), 20. Kadi Borges, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu
Baş məşqçi: Qurban Qurbanov:
***
“Olimpiakos” – “Qarabağ” matçı start götürdü.
***
“Qarabağ” Zubirin matçın 4-cü dəqiqəsində vurduğu qolla hesabı açsa da, VARA baxıldıqdan sonra qol oyundankənar vəziyyət olduğu üçün ləğv olundu.
***
Yunanıstanda “Olimpiakos” və “Qarabağ” arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda hesab açılıb.
Gündəmtv.az-ın məlumatına görə, Ovusu Kvabena 68-ci dəqiqədə Azərbaycan çempionunu önə keçirib.
***
Marko Veşoviç 81-ci dəqiqədə “Qarabağ”ın ikinci qoluna imza atdı: 0-2.
***
Ramil Şeydayev 85-ci dəqiqədə möhtəşəm qolla “Qarabağ”ın üçüncü qoluna imza atdı: 0-3.
***
“Qarabağ” “Olimpiakos”u 3-0 hesabı ilə məğlub edərək xallarının sayını 6-ya çatdırdı. Bu qrupun digər matçında isə “Frayburq” öz meydanında “Nant”ı 2-0 hesabı ilə məğlub edərək 3-cü qələbəsini qazandı.
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş