QARABAĞ AZƏRBAYCANDIR!

“Qarabağ” - “Nant” oyununa satılan biletlərin SAYI 8
2022-09-15 07:19 | 0 Rəy

“Qarabağ” - “Nant” oyununa satılan biletlərin SAYI

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda keçiriləcək “Qarabağ” – “Nant” (Fransa) oyununun biletlərinin satışı davam edir.

Klubun mətbuat xidmətindən "Gündəmtv.az"a verilən məlumata görə, artıq bu qarşılaşmaya 25 min bilet satılıb.

Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda  keçiriləcək bu görüşə saat 20:45-də start veriləcək.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş