QARABAĞ AZƏRBAYCANDIR!

Qarabağ ermənilərinin kütləvi axınında daha bir DETAL – Bakı fərqindədir 200
2023-09-30 15:44 | 0 Rəy

Qarabağ ermənilərinin kütləvi axınında daha bir DETAL – Bakı fərqindədir

Qarabağdan ermənilərin kütləvi axının arxasında bir sıra oyunların, planların olduğu bəllidir. Lakin bunlardan biri də özlərinin gələcək “xoş həyat”larını təmin etmək üçün Qərb ölkələrinə rahat gedişini və orada yaşamlarını əldə etmək, lazım gələndə də Azərbaycana qarşı oyunların iştirakçısı olmaqdır. Təbii ki, pul və hansısa mənfəət qarşısında...  Bu erməni xislətinə malik olan insan üçün adi bir işdir. Yəni ermənilərin başqasına qarşı kiminsə əlində vasitə olmaq onların genetik kodundan irəli gələn bir məsələdir. 

Keçək əsas mətələbə. Bəllidir ki, Ermənistan kütləvi axın edən Qarabağ ermənilərinin heç də əsas məqsədi nə yenidən geri qayıtmaq, nə də Ermənistanda qalmaqdır. Onların mütləq əksəriyyəti Rusiyaya və Qərb ölkələrinə köçməyi planlaşdırırlar. Çox az qisim Ermənistanda qalacaq və yaxud da Qarabağa qayıdacaq.

Qarabağı tərk edən ermənilərin böyük bir hissəsi bundan sonrakı həyatlarını isə Qərb ölkələrində davam etdirmək istəyir. Amma Qərb ölkələrinin qanunvericiliyi və son illərdəki kütləvi köç axını burada oturum almaqda və məskunlaşmaqda ciddi problemlər yaradır. Bu ölkələrdə yerləşmək üçün hansısa bir sənədə ehtiyac var.

Qarabağ erməniləri həyata keçirilən antiterror tədbirlərindən sonra yaranmış şəraitdən maksimum faydalanmağa çalışırlar. Onun üçün də kütləvi şəkildə Qarabağı tərk edirlər.  

Burada onlar bir neçə hədəfi qarşılarına qoyublar.

Birincisi, bu yolla onlar guya Azərbaycanın zorakılığına və ciddi təqibinə məruz qaldıqlarını “əsas” gətirərək öz təhlükəsizliklərini təmin etmək üçün evlərini tərk etmək məcburiyyətində qalıblar. Bu “əsas”la onlar Ermənistanda “deportasiyaya” və ya “etnik təmizləməyə” məruz qalmaq barədə kağız almağı planlaşdırırlar. 

İkincisi isə belə bir “status”u əldə etdikdən sonra həm Ermənistan hökuməti, erməni lobbisi, diasporu və beynəlxalq donorlar tərəfindən maliyyə yardımının alınmasında, işlə təmin olunmasında maraqlıdırlar.

Üçüncüsü isə xarici ölkələrə, xüsusən də Qərb ölkələrində rahat oturum almaq üçün istifadə etməyə çalışacaqlar.  
Növbəti bir məqam isə bu yolla gələcəkdə Azərbaycana qarşı mülkiyyət iddiası qaldırıb kompensasiya almaq.

Məhz Azərbaycan tərəfi də ermənilərin atacağı bu addımlaır bildiyindən buna uyğun özünü sığortalayacaq tədbirləri həyata keçirməkdədir. Məhz Laçın yolunda yerli media işçilərinin Qarabağı tərk edən ermənilərdən aldıqları açıqlamalar, Azərbaycan polisinin “köç” edənlərə humanist hərəkətləri, ordumuzun, həkimlərimizin və digər dövlət qurumlarının əməkdaşlarının çətin vəziyyətdə qalan və ya yaralılara göstərdiyi kömək, rəsmi Bakının atdığı  bütün digər addımlar buna xidmət edir. Bütün bu işlər də beynəlxalq aləmin diqqətinə çatdırılır. 

Onu da qeyd edək ki, uzun illər əvvəllər də Qarabağı tərk edənlər, hətta Ermənistan erməniləri də hansısa yolla ölkəni tərk edib xarici ölkələrdə rahat oturum almaq üçün belə kağızları əldə etməyə çalışacaq.

Artıq bəzi xarici ölkələr Qarabağdan çıxan erməniləri yerləşdirmək barədə niyyətlərini açıqlayıblar. Hətta Kipr XİN bununla bağlı açıqlama verərək Qarabağ ermənilərinin öz ərazilərində yerləşdirmək imkanlarına baxırlar.

Rusiyalı milyarder Deripaska da Qarabağ ermənilərini RUSAL şirkətində işlə təmin etmək üçün qaynar xətt açılmasına göstəriş verib.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş