QARABAĞ AZƏRBAYCANDIR!

“Qarabağ” Azərbaycan rekordunu yenilədi 65
2022-11-04 02:06 | 0 Rəy

“Qarabağ” Azərbaycan rekordunu yenilədi

“Qarabağ” Avropa Liqasında yeni rekorda imza atıb.

Gündəmtv.az-ın Apasport.az saytına istinadla məlumatına görə, Qurban Qurbanovun yetirmələri qrupda toplanan xal sayında Azərbaycan rekordunu yeniləyib.

Ağdam klubu VI turda Bakıda “Frayburq”la görüşüb. Evdəki 1:1 hesablı heç-heçə ilə təmsilçimiz xal sayını 8-ə çatdırıb.

Bununla da 2016/17 mövsümünün rekordu yenilənib. Həmin vaxt “Qarabağ” qrupda 7 xal yığıb.

Qeyd edək ki, “Qarabağ” 7-ci dəfə mübarizə apardığı Avropa Liqasının qrupunda “Qəbələ” iki, “Neftçi” bir dəfə çıxış edib.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş